YOLA KÖRPÜ SALMAQ
YOLA VERMƏK
OBASTAN VİKİ
Nərdivan
Nərdivan bir yerə qalxmaq və ya enmək üçün ağacdan, dəmirdən, ipdən və s.-dən düzəldilmiş pilləli vəsaitdir.
Yola
Yola — Nigeriyanın Adamava ştatının paytaxtı. == Adı == Şəhərin adı böyük düzənlik və ya geniş düzənlik torpaq deməkdir.
Cənnətə gedən nərdivan
Cənnətə gedən nərdivan — 3 səmavi dinin nümayəndələrinin əks olunduğu əsər. "Cənnətə gedən nərdivan" adlandırılan əsərin müəllifi heykəltaraş Ecciano Merinadır. Əsərdə 3 səmavi dinin nümayəndələri əks olunub. Yerdə səcdə halında əyilmiş müsəlmana bənzədilən insan, onun üzərində diz üstə oturmuş xristian keşiş və keşişin çiyinləri üzərində dik dayanmış yəhudi din xadimi - haham. Heykəldə eyni zamanda səcdə halında olan müsəlmanın qarşısında xristianların müqəddəs kitabı İncil, keşişin əlində yəhudilərin dini kitabı Tövrat, yəhudi hahamın əlində isə Quran var. Eyni zamanda heykəlin yanında avtomat silahın ucuna yəhudilik simvollarından olan yeddi guşəli şamdan keçirilib. Müəllif bildirib ki, "heykəl" ideyası 2010-cu ilin sentyabrında yaranıb, noyabrda heykəli hazırlamağa başlayıb və 2011-ci ilin yanvarında onu hazırlayıb. Heykəl ilk dəfə İspaniyanın paytaxtı Madriddəki ARCO Müasir Sənət Sərgisində nümayiş edilmişdir. Belə bir ölkədə bu hadisənin baş verməsi müsəlman ölkələrində ciddi narazılıq doğurmuşdur. Heykələ həqiqi bir görünüş qazandırmaq üçün Merino işində qatran, silikon və insan saçı istifadə etmiş.
Yola (inzibati vahid)
Yola - XVIII əsrin I yarısında Rusiyanın tabeliyində olan başqırd torpaqlarında mövcud olmuş inzibati vahid - dairə. XVIII əsrin birinci yarısında Başqırdıstan 4 yola (inzibati dairə) bölünmüşdü. == Noqay yolası == XVIII əsrdə indiki Başqırdıstanın mərkəz və cənub hissəsi Noqay yolası adlanırdı. == Kazan yolası == Başqırdıstanın qərb hissəsini əhatə edən torpaqlada yerləşən inzibati vahid isə Kazan yolası adlandırılmışdır. == Sibir yolası == Sibir yolası adlanan üçüncü yol Uralarxası şərq və Cənubi Uralarxası torpaqların şərq hissəsini əhatə edirdi. == Osin yolası == Ufadan şimala uzanan nazik zolaq Osin yolası adlanırdı. == Yolaların daxili inzibati bölgüsü == Yolalar isə öz növbəsində volostlara bölünmüşdü. XVIII əsrin ortalarında 42 volost qeydə alınmışdı. Volostlarda inzibati və polis hakimiyyəti başqırd starşinası və yüzbaşının ixtiyarında idi. Hər bir volostda əhalinin sayından asılı olaraq bir neçə starşina fəaliyyət göstərirdi.
Sarğı və sarğı qoymaq haqqında anlayış
Sarğı materialı və ondan istifadə etmək qaydaları — Yaranın üstünü örtmək üçün işlədilən parça materiallara sarğı materialı deyilir. Sarğı materialı hiqroskopik (yaxşı nəmçəkən) olmalı, yəni yaradakı qanı və irini hopdurmalı, tez qorumaq və asanlıqla sterilləşmək xassələrinə malik olmalıdır. Əsas sarğı materialları tənzifdən, ağ pambıqdan, liqnindən (ağac pambığı), ləçəkdən (üçbucaq formalı pambıq parçadan) ibarətdir. Tənzifdən istifadə edilməklə tabel sarğı vasitələri hazırlanır. Bunlar fərdi sarğı paketləri, müxtəlif ölçülü steril və qeyri-steril bintlər, böyük və kiçik steril salfetlər və steril sarğılardır. Bunlardan başqa, xəstəxanaların cərrahiyyə və sarğı şöbələrində tənzifdən və ya kiçik salfetlərdən tənzif kürəciklər, tamponlar, yastıqçalar, tənzif dolaqları düzəldilir ki, bunlardan da sarğı qoyarkən və cərrahiyyə əməliyyatları zamanı istifadə edilir. == Sarğıların növləri, onların qoyulması qaydaları == Yaraların yoluxmasının və ağırlaşmasının qarşısını almaq üçün görülən ilk profilaktik tədbir onlara mümkün qədər tez aseptik sarğı qoymaqdır. Bütün yaralara steril (mikrobsuz, təmiz) sarğı qoyulur. Sarğı yaranın üstünü sarıyıb-örtən sarğı materialından ibarətdir. Yaranın sarınması prosesinə sarğı qoymaq deyilir.
Yol maşınları yola çıxır (film, 1990)
== Məzmun == Elmi-kütləvi film Mingəçevir Maşınqayırma zavodunda şose yollarının çəkilişində istfadə olunan texnikanın istehsalından bəhs edir. == Film haqqında == Film "Azərbaycan Yol Maşınları" İstehsalat Birliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rafiq Yüzbaşov Ssenari müəllifi: Rafiq Məmmədov, Nemət Rzayev Operator: Nemət Rzayev Səs operatoru: Şamil Kərimov == Sponsor == "Azərbaycan Yol Maşınları" İstehsalat Birliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 357.
Qırmızı Ordu hissələrinin İrandan yola salınması (film, 1946)
== Məzmun == Filmin ayrı-ayrı epizodları Təbrizdə, Xoyda çəkilmişdir. Kinolentdə Sovet ordusu hissələrinin təntənə ilə İrandan Vətənə yola salınması mərasiminə həsr olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: M.Slavinskaya Operator: Muxtar Dadaşov, Seyfulla Bədəlov, Əlibala Ələkbərov Musiqi Tərtibatı: D.Blok Səs operatoru: D.Ovsyannikov Montaj Rejissoru: M.Slavinskaya == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 109-113.
Qafqaz və Merkuri Cəmiyyətinə məxsus paroxodun limandan yola düşməsi (film, 1898)
Qafqaz və Merkuri cəmiyyətinin paroxodunun limandan yola düşməsi — Aleksandr Mişon tərəfindən çəkilmiş, Azərbaycan kinosunun ilk filmlərindən biri. Film 1898-ci ilin yayında yayımlanıb. == Məzmun == İnformatik xəbər janrında çəkilmiş kinosüjet paroxodun Bakı limanından yola düşməsini və dənizin qoynunda necə uzaqlaşdığını əks etdirir. == Film haqqında == Bu kinosüjet Bakıda V. İ. Vasilyev-Vyatskinin teatr-sirkində iyunun 21-də göstərilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Aleksandr Mişon Operator: Aleksandr Mişon == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
башта́н безотка́зность ге́рцогский гешта́льт жу́льничать захорово́дить испепеля́ться особнячо́к а́кция Ве́ды глинозёмистый гру́зность зале́зть в долги иезуи́тски недова́риваться перего́ночный филатели́стка финти́ть Ely fistful Glendale leisurely modernly monkeyshines влюбиться